Pulsuz film göstəriləcək

pulsuz-film-gosterilecek
Oxunma sayı: 651

“Park Bulvar”ın PR meneceri Günay Malikqızının “Qafqazinfo”ya verdiyi məlumata görə, bu münasibətlə kinomanları bir çox sürprizlər gözləyir.

“Park Cinema” nın direktoru Namiq Quliyevin sözlərinə görə, oktyabrın 16-sı bütün gün ərzində kinosevərlər pulsuz yeni filmə baxmaq imkanı əldə edəcəklər: Belə ki, “Oktyabrın 16-da ad günü olan insanlar şəxsiyyət vəsiqələrini təqdim etməklə pulsuz bir bilet əldə edə bilərlər. Biz bileti onlara hədiyyə edirik, pulsuz bilet vasitəsilə “Park Cinema”da olan yeni filmlərdən birinə baxmaq şansı qazanacaqlar”.
Amma bütün ad günlərində olduğu kimi, bu dəfə də ad günü tortsuz olmayacaq. Saat 19.00-da “Park Cinema” nın kollektivi tort kəsərək, ziyarətçiləri qonaq edəcək.

Nigar Məmmədli