Pult üstündə yenə qan töküldü

pult-ustunde-yene-qan-tokuldu
Oxunma sayı: 640

“Qafqazinfo”nun Fanat.az-a istinadən verdiyi xəbərə görə, Mahmudağa Mahmudov yaşadığı evin həyətində qardaşının nəvəsi, 20 yaşlı Oktay Mahmudov tərəfindən bıçaqlanılıb. O, aldığı xəsarətdən dünyasını dəyişib.

Araşdırmalar zamanı müəyyən edilib ki, qətlə onlar arasında yaranan mübahisə səbəb olub. Belə ki, Oktay Mahmudov futbola baxmaq istəyib və televizorun pultunu 56 yaşlı kişinin əlindən alaraq kanalı dəyişib. Mahmudağa Mahmudov qardaşı nəvəsinin bu hərəkətindən əsəbiləşərək onu təhqir edib. Hərbi xidmətdən yeni qayıdan gənc kişinin sözlərindən sonra özündən çıxıb və bıçağı götürərək ona hücum edib.