“Pulu özləri qoyur, ziyana düşürlər…” - Namiq söz atdı

“Pulu özləri qoyur,  ziyana düşürlər…”
Oxunma sayı: 2468

“Gələn ilin martında, Novruz bayramına yaxın Heydər Əliyev Sarayında konsert verəcəm. Ancaq bizdə təşkilatçı problemi var. Öncəki konsertin hələ də qonorarını ala bilməmişəm. O problemlər hələ var. Bu dəfə özümüz təşkilatçılıq edəcəyik”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Şou-məkan “ verilişində açıqlamasında Namiq Qaraçuxurlu deyib. Meyxanaçı solo konsert verəcəyini, amma külli miqdarda pul xərcləməyəcəyini söyləyib:

“Mən elə şeylər edə bilmərəm. Konsertlər edirlər pulu özləri qoyurlar. Ziyana düşürlər, evlərini, maşınlarını satırlar, banka girirlər. Üstəlik onun-bunun malında da gözləri qalır. Onu da, bunu d aver satım deyirlər.Mən elə şeylər eləmərəm. Nəyə gücüm çatır, onu edərəm. Konsertə külli miqdarda pul xərcləmərəm”


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi