“Pulu verən sizsiz, nəzarət edin” - Spiker

“Pulu verən sizsiz, nəzarət edin”
Oxunma sayı: 2252

“QHT-lər sosial çarxlar hazırlayır. Ancaq bunu keyfiyyətsiz edirlər. Buna görə də televiziyalar onu yayımlamaqda maraqlı olmurlar” 

“Qafqazinfo” xəbər verir ki,  bunu  deputat Azay Quliyev “Reklam haqqında” qanunun müzakirəsi zamanı deyib. O təklif edib ki, QHT-lər televiziyalarla əlaqə yaradıb onlarla birgə çarxlar hazırlasınlar. Bundan sonra  televiziyada verilməsi təmin edilsin”. 

Spiker Oqtay Əsədovun məsələyə reaksiyası isə maraqlı olub: “Pulu  verən sizsiz. Ona görə də  məsuliyyətdən kənar durmaq lazım deyil. Onun keyfiyyət məsələsinə də nəzarət etməlisiniz”.

 Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi