Pulunuzu xaricə Bank of Baku-nun ödəniş terminalları ilə köçürün

Pulunuzu xaricə Bank of Baku-nun ödəniş terminalları ilə köçürün
Oxunma sayı: 299

Təcili Pul Köçürmə xidməti sahəsinə gətirdiyi ilkləri ilə sektorunun aparıcı banklarından olan Bank of Baku bu sahədə daha bir yeniliyə imza atdı. 

"Qafqazinfo" xəbər vrir ki, “Sizə Yaxın Bankçılıq” şüarı ilə fəaliyyət göstərən və hər zaman müştərilərinin rahatlığını və onların istəklərini düşünən Bank of Baku bu dəfə “uzaqları yaxın edərək” ödəniş terminallarında Contact Təcili Pul köçürmə sistemindən istifadəni mümkün etdi.

Bank of Baku-nun Təcili Pul Köçürmə sisteminə gətirdiyi bu inqilabi yenilik sayəsində müştərilər ödəniş terminalları vasitəsilə ölkəxarici pul köçürmələrini rahat formada həyata keçirə biləcəklər.

Aşağıdakı 5 sadə addıma riayət etməklə pul vəsaitlərini digər şəxsin bank hesabına əlavə vaxt sərf etmədən dərhal göndərmək olar. Bunun üçün Bankın ödəniş terminalından Təcili Pul Köçürmə bölməsini seçib, 

Müştəri kodunu daxil etməli;

Mobil nömrəyə SMS-lə göndərilmiş birdəfəlik şifrəni yığmalı;

Vəsaitin göndəriləcəyi ölkəni seçməli;

Alacaq şəxsin ad-soyad, mobil telefonunu qeyd etməli;

Əməliyyatı təsdiq etməli.

Əməliyyat uğurla tamamlandıqdan sonra müştəri köçürmə haqqında qəbzi əldə edə bilər.

Bankın müştəriləri öz kart hesablarındakı vəsaiti ödəniş terminalları vasitəsilə aşağıdakı  ölkələrə 24/7 rejimində sürətli göndərmək imkanı əldə edəcəklər:

Rusiya

Belarusiya

Gürcüstan

Qazaxıstan

Qırğızıstan

Moldova

Özbəkistan

Tacikistan

Qeyd edək ki, ödəniş terminalı ilə köçürmə məbləğinin gündəlik limiti 300 USD və köçürmə komissiyası isə sadəcə 1% təşkil edir.  


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi