Püşk atıldı

pusk-atildi
Oxunma sayı: 642

ANS PRESS-in UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Polşanın Krakov şəhərində keçirilən mərasimdə Avro-2012-yə son 4 vəsiqənin sahibini müəyyənləşdirək 4 cütlük müəyyənləşib. Azərbaycanlı azarkeşlərin dəstəklədiyi Türkiyə yığması final mərhələsinə vəsiqə uğrunda Xorvatiya millisi ilə qarşılaşacaq. İlk oyun İstanbulda, cavab qarşılaşması isə Xorvatiyada keçiriləcək.

Portuqaliya isə Bosniya və Hersoqovina ilə münasibətlərinə aydınlıq gətirəcək. Play-off mərhələsinin sürpriz komandası Estoniya isə İrlandiya ilə qarşılaşacaq. Çexiya isə Çernoqoriya millisini məğlub etməyə çalışacaq.

Pley-off mərhələsinin ilk oyunları noyabrın 11-12-də, cavab qarşılaşmaları 15-də keçiriləcək.
Qeyd edək ki, Ukrayna və Polşa ev sahibi, Almaniya, Rusiya, İtaliya, Fransa, Hollandiya, Yunanıstan, İngiltərə, Danimarka və İspaniya qrup birincisi, İsveç isə ən yaxşı qrup ikincisi kimi Avropa çempionatına vəsiqə qazanıb.