Puşkin Bakıda yad edildi

puskin-bakida-yad-edildi
Oxunma sayı: 674

“Qafqazinfo”nun məlumatına görə, Səbail rayon İcra hakimiyyəti, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi və “Həmrəylik” cəmiyyətinin birgə təşkilatçılığı ilə şairin abidəsi önündə keçirilən mərasimdə şairin həyat və yaradıcılığından bəhs olunub. Tədbirdə çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycanın rus ədəbiyyatına, eləcə də Aleksandr Puşkinin yaradıcılığına hörmətlə yanaşdığını deyib. Abidənin 10 il əvvəl yaradıldığını bildirən Doroxin qeyd edib ki, Heydər Əliyev Puşkini Azərbaycan üçün doğma şəxs adlandırıb: “Hətta Heydər Əliyevin Naxçıvandakı anadan olduğu küçə də Puşkinin adına qoyulub”.

Tədbirdə həmçinin Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev də iştirak edib. Məktəblilər Puşkinin yaradıcılığından şeirlər deyib, mahnılar oxuyublar.

Nərgiz Ehlamqızı