Puta qəsəbə sakinləri ilə səyyar görüş olub

puta-qesebe-sakinleri-ile-seyyar-gorus-olub
Oxunma sayı: 1084

Mayın 25-də Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Puta qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, eləcə də 115-a yaxın qəsəbə sakinləri iştirak edib.

Sakinlərdən 7 nəfəri fərdi qaydada dinlənilib. Onları narahat edən problemlər dinlənildikdən sonra aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.