Putin 3 dəfə sözünü kəsən aparıcıya almanca xəbərdarlıq etdi - Video

putin-3-defe-sozunu-kesen-apariciya-almanca-xeberdarliq-etdi
Oxunma sayı: 5909

Rusiya prezidenti Vladimir Putin Avstriyanın ORF televiziyasına müsahibə verib.

"Qafqazinfo"nun məlumatına görə, Ukraynada düşən Malayziya təyyarəsi, Suriya və Şimali Koreya məsələlərindən danışan prezident aparıcının dəfələrlə onun sözünü kəsməsinə etiraz edib.

2014-cü ildə baş vermiş təyyarə qəzası ilə bağlı sual verərkən aparıcının müdaxilə etməsinə Putin "Şərhimi bəyənmirsinizsə, sual verməyin. Ancaq fikrim sizə maraqlıdırsa, səbrli olun, cavabımı tamamlayım", - deyə reaksiya göstərib. 

Ancaq Krım məsələsində də aparıcı Kreml rəhbərinin sözünü kəsib. Putin bu dəfə "İcazə verin danışım. Yoxsa bu, müsahibə yox, sizin monoloqunuz olacaq" sözləri ilə qarşılıq verib. 

Aparıcının növbəti dəfə Rusiya rəhbərinin sözünü kəsməsindən sonra isə o, bu dəfə almanca müraciət edərək "Nəzakətli olun və cavab verməyimə icazə verin" deyib.