Putin 75 faiz səslə liderdir - MSK + Yenilənib

putin-75-faiz-sesle-liderdir
Oxunma sayı: 4999

Bu gün Rusiyada prezident seçkiləri keçirilir.

“Qafqazinfo”nun “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, səsvermə saat 8:00-dan 20:00-dək davam edəcək.   

İlk seçki məntəqələri Çukotsk muxtar dairəsində və Kamçatka diyarında açılıb.  
 
Ümumilikdə, ölkədə 97 mindən çox seçki məntəqəsi açılıb, onlardan 400-dən çoxu xaricdədir.

Seçki prosesini 109 ölkədən 1500-dək xarici müşahidəçi izləyir.  

Qeyd edək ki, Rusiya prezidenti postu uğrunda hazırki dövlət başçısı Vladimir Putin daxil olmaqla 8 namizəd mübarizə aparır.   

***

“RİA Novosti” xəbər verir ki, prezident seçkiləri keçirilən Rusiyada seçki məntəqələrinin çoxunda artıq səsvermə başa çatıb.

Hazırda səsvermə Kalininqrad vilayətində davam etdirilir. 

Qeyd edək ki, Rusiya MSK-sının 19.00-a olan məlumatına görə, seçki fəallığı 59,93 faiz təşkil edib. 

***

TASS xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Artıq səslərin 40 faizi hesablanıb. Hazırki prezident Vladimir Putin 74,22 faiz səslə liderdir.

***

Artıq səslərin 50 faizi hesablanıb. Vladimir Putinin prezident seçkilərində 75 faiz səs toplayaraq rəqiblərini qabaqlayır.