Putin ABŞ-dakı qalmaqallı səfiri geri çağırdı - Yeni təyinat

putin-abs-daki-qalmaqalli-sefiri-geri-cagirdi
Oxunma sayı: 647

Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə Anatoli Antonov bu ölkənin ABŞ-a yeni səfiri təyin olunub.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bununla da Antonov bu postda 9 ildir çalışan Sergey Kislyakı əvəz edəcək. O, 2004-2011-ci illərdə XİN-in təhlükəsizlik və tərkisilah məsələləri üzrə departamentinin direktoru, 2011-2016-cı illərdə isə müdafiə nazirinin müavini postunu tutub. 

Xatırladaq ki, prezident Donald Trampın milli təhlükəsizlik üzrə məsləhətçisi Maykl Flinn ABŞ xüsusi xidmət orqanlarına Kislyakla söhbətinin tam məzmununu açıqlamadığı üçün istefaya göndərilmişdi. 

Bundan başqa, baş prokuror Ceff Seşns senator olduğu dönəmdə rus səfiri ilə müntəzəm görüşdüyünə dair fakt ortaya çıxdıqdan sonra Tramp administrasiyasının Rusiya ilə əlaqələrini araşdırmaqdan imtina etmişdi. 

Hətta bəzi ABŞ KİV-i anonim mənbəsinə istinadla Kislyakı “kəşfiyyat əməkdaşı” adlandırmışdı.