Putin araq vədinə 20 il sonra əməl etdi - Foto

putin-araq-vedine-20-il-sonra-emel-etdi
Oxunma sayı: 7441

Rusiya Prezidenti Vladimir Putin Dağıstana səfər edib.

“Qafqazinfo”nun “Lenta.ru”ya istinadən verdiyi xəbərə görə, terrorçuların Dağıstana hücumunun dəf edilməsinin 20-ci ildönümü münasibətilə bu respublikaya səfər edən Putin Mahaçqala hava limanından Botlix şəhərinə yola düşüb.

O, 20 il sonra Botlixdə milislərlə birlikdə bir stəkan araq içib.

“Vladimir Putin Botlixdə 20 il əvvəl milislərə terrorçuları məğlub etdikdən sonra onlarla birlikdə araq içəcəyi ilə bağlı verdiyi vədə əməl etdi”, - deyə Kremlin jurnalisti Dmitri Smirnov sosial şəbəkədə məlumat yayıb.