Putin avstriyalı nazirin toyuna hazırlaşır

putin-avstriyali-nazirin-toyuna-hazirlasir
Oxunma sayı: 2552

Rusiya prezidenti Vladimir Putin Avstriyanın xarici işlər naziri Karin Knayslın toyuna gedəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov danışıb. O bildirib ki, Putin Berlin səfəri zamanı yolüstü avstriyalı nazirin toy mərasiminə də qatılacaq.

Qeyd edək ki, Karin Knayslın toyu avqustun 18-də olacaq.