Putin Azərbaycan nümayəndə heyəti ilə görüşəcək

Putin Azərbaycan nümayəndə heyəti ilə görüşəcək
Oxunma sayı: 968

Rusiya prezidenti Vladimir Putin fevralın 22-də Vətənin Müdafiəçisi Gününə həsr edilmiş təntənəli mərasimdə iştirak edəcək.

“Qafqazinfo”nun “Tass” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilib.

“Prezident Kreml Dövlət Sarayında Azərbaycanın, Venesuelanın, Qazaxıstanın, Qətərin, Monqolustanın, Serbiyanın, Özbəkistanın, Belarusun, Ermənistanın və Qırğızıstanın nümayəndə heyətlərinin rəhbərləri ilə görüşəcək, həmçinin Silahlı Qüvvələrin hərbi qulluqçularını, mülki personalını və veteranlarını qarşıdan gələn bayram münasibətilə təbrik edəcək”, - deyə məlumatda qeyd olunub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi