Putin azərbaycanlı jurnalisti mükafatlandırdı

putin-azerbaycanli-jurnalisti-mukafatlandirdi
Oxunma sayı: 3437


“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, mükafatlar Krımda baş verən hadisələri obyektiv işıqlandıran və yüksək peşəkarlıq nümayiş etdirən jurnalistlərə təqdim olunub. Mükafat alanlar arasında “Birinci kanal”ın aparıcsı İradə Zeynalova da var. O, 1-ci dərəcəli “Vətən qarşısında xidmətlərinə görə” medalı ilə təltif edilib. 

Rusiya mediası Putinin  mükafatlandırdığı 300-ə qədər jurnalist arasında müxalif mövqeyi ilə seçilən jurnalistlərin adının olmadığını vurğulayıb. Belə ki, “Dojd” telekanalı və “Exo Moskvı” radiosunun əməkdaşları mükafatdan kənar qalıblar.