Putin bu gün Sarkisyanla görüşəcək

putin-bu-gun-sarkisyanla-gorusecek
Oxunma sayı: 646

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Putin Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Ermənistan prezidenti Serj Sarkisyanla görüşəcək.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti sessiyası keçiriləcək: “Həmin gün həmçinin Avrasiya İqtisadi Birliyinin və keçmiş Avrasiya İqtisadi Birliyinin iclası olacaq. Görüşlərdə Rusiya prezidenti iştirak edəcək. Bundan sonra ikitərəfli görüşlər olacaq. Görüş əsnasında 3 dövlət başçısı – Putin, Lukaşenko və Nazarbayev həm də KİV nümayəndələrinin suallarını cavablandıracaqlar.
Rusiya prezindenti daha sonra Qazaxıstan, Belarus və Ermənistan prezidenti ilə ikitərəfli görüşlər keçirəcək”.