Putin bu gün Türkiyəyə gedir

putin-bu-gun-turkiyeye-gedir
Oxunma sayı: 631


“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, birgünlük səfər çərçivəsində Putin baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşəcək və Rusiya-Türkiyə Yüksəksəviyyəli Əməkdaşlıq Şurasının üçüncü iclasında iştirak edəcək. Eyni zamanda dövlət başçısı Abdulla Güllə telefon danışığı aparacaq. Daha sonra isə baş nazir Ərdoğan və Putinin birgə mətbuat konfransı keçiriləcək.

Səfərin gündəmində isə iqtisadiyyat və Suriya məsələsinin olacağı gözlənilir.