Putin buna əsəbiləşəcək

putin-buna-esebilesecek
Oxunma sayı: 633

ANS PRESS-in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, Yanukoviç ölkəsinin Rusiyanın “Qazprom” şirkətinə 7 milyard dollarlıq cərimənin ödənilməsi tələbini rədd etdiyi təsdiqləyib. “Ölkə ilə dialoq” verilişinin qonağı olan Yanukoviç bildirib ki, hazırda Ukrayna məsələ ilə bağlı Moskva ilə danışıqlar aparır.

Qeyd edək ki, yanvarın sonunda “Qazprom” Ukraynanın “Naftoqaz” şirkətinə 7 milyard dollarlıq cərimə yazıb. Buna cavab olaraq Ukrayna tərəfi 2012-ci ildə ötürülən qaza görə pulu tam ödədiyini deyərək rusların iddialarını rədd edib.