Putin Çin liderini dondurma və tortla təbrik etdi - Video

putin-cin-liderini-dondurma-ve-tortla-tebrik-etdi
Oxunma sayı: 2014

Rusiya prezidenti Vladimir Putin Çin Xalq Respublikasının Sədri Si Cinpinə onun sevimli dondurmasını hədiyyə edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskovun sözlərinə görə, Putin qatılacağı sammitdən əvvəl Si Cinpinin iqamətgahına gedib və onu doğum günü münasibətilə təbrik edib. Rusiya prezidenti Çin liderinə dondurmadan əlavə tort da hədiyyə edib.

Si Cinpin hədiyyələrə görə Putinə təşəkkürünü bildirib.