Putin də hicab qadağasından danışdı

putin-de-hicab-qadagasindan-danisdi
Oxunma sayı: 647

Bu gün canlı yayımda sualları cavablandıran Rusiya prezidenti Vladimir Putin orta məktəblərdə şagirdlərin hicab taxmasından danışıb. “Qafqazinfo”nun məlumatına görə, Putin bildirib ki, təhsil müəssisələrində hicab taxmağın heç bir yaxşı tərəfi yoxdur. Belə ənənənə Rusiyada, hətta müsəlman regionlarda da heç vaxt olmayıb: “Bunda yaxşı heç nə yoxdur. Əlbəttə, bəzi respublikalarda milli özünəməxsusluğu var. Lakin siz dediyiniz məqamın milli özünəməxsusluqla əlaqəsi yoxdur. Bu dinə məşhur yanaşmanın nümayişidir. Bizim ölkədə, müsəlman regionlarda heç vaxt belə bir ənənə olmayıb”.

Putin daha sonra bəzi ölkələrdə hicabın qanunla qadağan olunduğunu deyir: “Hesab edirəm ki, bizim ölkədə məktəbli formasına qayıtmaq mümkündür və olmalıdır. Bu yöndə işlər gedir”.