Putin Əliyevlə telefonla danışdı- - Yenilənib

putin-eliyevle-telefonla-danisdi-
Oxunma sayı: 2233


Rusiya prezidenti Valdimir Putin prezident İlham Əliyevlə telefon vasitəsilə Dağlıq Qarabağ probleminin nizama salınması prosesini müzakirə edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, danışıqlar zamanı regionun gündəliyindəki əsas məsələlər, o cümlədən Qarabağ məsələsi müzakirə edilib. Rusiya tərəfi problemin sülh yolu ilə həlli üçün hərtərəfli yardım göstərməyə hazır olduğunu bildirib.

***

Prezident İlham Əliyevin mətbuat xidməti də telefon danışı ilə bağlı məlumat yayıb. "Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, söhbət zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında strateji əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlərimizin siyasi, iqtisadi, humanitar, hərbi-texniki və digər sahələrdə uğurla inkişaf etməsi məmnunluqla qeyd olunmuş, yüksək səviyyəli əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edilib.

Telefon söhbəti zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə edilmiş, münaqişənin həllində Minsk qrupunun həmsədr ölkələrindən biri kimi Rusiya Federasiyasının rolu qeyd olunub.

Dövlət başçıları qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.