Putin, Ərdoğan və Ruhani İstanbulda görüşəcək

putin-erdogan-ve-ruhani-istanbulda-gorusecek
Oxunma sayı: 1110

İran, Türkiyə və Rusiya prezidentləri aprel ayında İstanbulda görüşərək Suriya probleminin həllini müzakirə edəcəklər.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, bu barədə məlumat verən İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi hər üç dövlətin problemə baxışında uyğun məqamlar olduğunu söyləyib.

Onun sözlərinə görə prezidentlər daim əlaqə saxlayaraq siyasi addımlarını koordinasiya edirlər.

Prezidentlərin görüşündə həmçinin üçtərəfli iqtisadi əlaqələrin genişləndirilməsi məsələləri də müzakirə mövzusu olacaq.