Putin Ərdoğanı Krımdakı məscidin açılışına dəvət etdi

putin-erdogani-krimdaki-mescidin-acilisina-devet-etdi
Oxunma sayı: 1547

Krımın Rusiyaya birləşdirilməsinin 5-ci ildönümü münasibətilə burada səfərdə olan prezident Vladimir Putin ictimai təşkilatlar və dini liderlərlə görüş keçirib.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, Putin çıxışı zamanı Krımın Ağməscid kəndindəki Cümə məscidinin açılışına türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı da dəvət etdiyini deyib:

“Prezident Ərdoğanı da dəvət etdim. Bildiyim qədər, bu təklifə müsbət yanaşıb. Görək necə olacaq. Gəlməyə vaxt və imkan tapa biləcəkmi?”.

Qeyd edək ki, məscidin açılışı aprelin 21-də olacaq.