Putin Ərdoğanla görüşdü - Fotolar

Putin Ərdoğanla görüşdü
Oxunma sayı: 1982

Soçi şəhərində Rusiya və Türkiyə prezidentləri arasında görüş keçirilib.

“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Suriya başda olmaqla, regional, iqtisadi, siyasi mövzuları müzakirə ediblər.

Ərdoğan Rusiya ilə ikitərəfli münasibətlərin və regionda problemlərin həlli istiqamətində müttəfiqliyin gələcəyə etibarlı baxmağa əsas verdiyini deyib.

Putin də öz növbəsində gərgin siyasi proseslərin getdiyi bir vaxtda tez-tez Ərdoğanla görüşməsinin iki ölkə arasında münasibətləri daha da gücləndirəcəyini söyləyib.

Qeyd edək ki, Ərdoğan Soçidən Küveytə yola düşəcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi