Putin Ermənistan üçün narahatdır - Sarkisyanla danışdı

putin-ermenistan-ucun-narahatdir
Oxunma sayı: 5028

Rusiya və Ermənistan prezidentləri Vladimir Putinlə Armen Sarkisyan arasında telefon danışığı olub.
 
“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Kremlin rəsmi saytının məlumatında bildirilir.

Qeyd olunur ki, tərəflər Ermənistandakı mövcud vəziyyəti müzakirə ediblər:

“Vladimir Putin və Armen Sarkisyan daxili krizisin qısa müddətdə həlli üçün ölkənin bütün siyasi qüvvələrinin təmkin göstərmələrinin, mövcud problemlərin konstruktiv dialoq və Konstitusiya çərçivəsində həllinin vacibliyini vurğulayıblar”, -deyə məlumatda vurğulanır.

Qeyd edək ki, son günlər Ermənistanı bürüyən etiraz dalğalarına müxalifət lideri, deputat Nikol Paşinyan rəhbərlik edir. Baş nazir Serj Sarkisyan aksiyalar fonunda istefa verməyə məcbur olub.