Putin Fransada səfərdədir

putin-fransada-seferdedir
Oxunma sayı: 887

Rusiya prezidenti Vladimir Putin Fransada işgüzar səfərdədir.

“Qafqazinfo” Rusiya KİV-nə isitnadən xəbər verir ki, Putini fransalı həmkarı Emmanuel Makron Breqansonda qarşılayıb. Liderlər arasında ikitərəfli görüşlər başlayıb. Putinlə Makron əsasən Ukrayna məsələsini, İran ətrafında situasiya və nüvə proqramını müzakirə edəcəklər.

Prezidentlər, həmçinin, Suriya məsələsi üzrə Rusiya-Fransa-Almaniya-Türkiyə sammitinin keçirilməsinin perspektivləri haqda fikir mübadiləsi aparacaqlar.