Putin gəldi - - Yenilənib+Fotolar

putin-geldi-
Oxunma sayı: 7694



Saat 16:00-a yaxın “Zaqulba” iqamətgahında Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında danışıqlar başlayıb. 


Təkbətək görüşdən sonra danışıqlar geniş tərkibdə davam etdiriləcək.

V.Putini XİN rəhbəri, müdafiə naziri və başqaları daxil olmaqla, böyük hökumət nümayəndə heyəti müşayiət edir.

Sonra ikitərəfli sazişlərin imzalanması mərasimi və prezidentlərin mətbuat konfransı olacaq.

Bu gün axşam V.Putin Bakıdan gedəcək. Onu müşayiət edən şəxslərin bir hissəsi Qəbələyə yola düşəcək. Avqustun 14-də Qəbələdə danışıqların bir hissəsi davam etdiriləcək. /contact.az/

***

Artıq AzərTac-da Putinin Bakıya gəlişi barədə məlumat yayıb. Məlumatda qeyd olunur ki, Rusiya prezidenti Vladimir Putin avqustun 13-də Azərbaycan Respublikasına səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Rusiya Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Azərbaycan-Rusiya hökumətlərarası iqtisadi komissiyanın həmsədri Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

***

Avqustun 13-də Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizə səfərə gələn Rusiya Federasiyasının Prezidenti Vladimir Putini qarşılayıb. “Qafqazinfo” xəbər verir ki, dövlət başçıları rəsmi foto çəkdiriblər. 

Sonra Azərbaycan və Rusiya prezidentləri arasında təkbətək görüş olub.