Putin İlham Əliyevi təbrik etdi

Putin İlham Əliyevi təbrik etdi
Oxunma sayı: 1218

Rusiya prezidenti Vladimir Putin Yeni il münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən APA-ya məlumat verilib.

Məlumata görə, V. Putin məktubunda ötən il Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyini xatırladıb:

“Bu yubiley müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişafında yeni uğurlarla yadda qaldı”.

Rusiya prezidenti konstruktiv dialoqun davam etdiriləcəyinə, Cənubi Qafqazda və onun hüdudlarından kənarda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi istiqamətində ölkələrin, xalqların köklü maraqlarına cavab verən Rusiya-Azərbaycan tərəfdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üzrə birgə işlərin davam etdiriləcəyinə ümidini ifadə edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi