Putin İlqar Məmmədovu təltif etdi - Fotolar

putin-ilqar-memmedovu-teltif-etdi
Oxunma sayı: 7814

Bu gün Rusiya prezidenti Vladimir Putin Kremldə kosmonavtlara, elm və mədəniyyət sahəsində fəaliyyət göstərən şəxslərə dövlət mükafatlarını təqdim edib.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, tədbirdə ümumilikdə, 50 nəfər iştirak edib.

V. Putin Qılıncoynatma Federasiyasının vitse-prezidenti, Rusiya yığma komandasının baş məşqçisi, ikiqat olimpiya çempionu, azərbaycanlı İlqar Yaşar oğlu Məmmədovu “Şöhrət” ordeni ilə təltif edib.