Putin İrana gedir

putin-irana-gedir
Oxunma sayı: 744


“Media forum” saytının məlumatına görə, yeni prezident Həsən Ruhaninin vəzifəsinin icrasına başlamasından bir neçə gün sonraya, avqustun ortalarına düşən səfərdən söz açan Mehdi Sənai deyib ki, Putinin İrana səfəri ölkənin 5+1 qrupu ilə apardığı nüvə danışıqları ilə əlaqədardır: “Putin gəmi ilə səfər edəcək. Səfər əsnasında Xəzərdə İran və Azərbaycan sahillərinə baxış da keçirəcək. Yeni prezidentin vəzifəsinin icrasına başladığı günlərə düşən bu səfər böyük əhəmiyyət daşıyır.

Hesab edirik ki, ölkənin nüvə proqramı ilə bağlı məsələlərdə İranla Rusiya bir-biri ilə daha sıx əməkdaşlıq etməli, tərəflər arasında bir sıra məsələlər koordinasiya edilməlidir. Rusiya prezidentinin ölkəmizə səfərində İranın 5+1 qrupu ilə növbəti nüvə danışıqlarında gündəmə gətiriləcək bəzi mövzular barədə razılığa gəlinməsi ehtimalı böyükdür”.

Mehdi Sənai həmçinin deyib ki, Putinin iki günlük səfərində tərəflər arasında müzakirə ediləcək mövzulardan biri də İranda yeni nüvə stansiyalarının tikilməsi məsələsi və hava hücumundan müdafiə S-300 raketlərinin və ya ona alternativ növlərinin İrana təhvil verilməsi olacaq.