Putin kariyerası ərzində ən çox səs topladı

putin-kariyerasi-erzinde-en-cox-ses-topladi
Oxunma sayı: 1264

Rusiyada keçirilən prezident seçkilərində Vladimir Putin kariyerası ərzində ən çox səs toplayıb.

“Qafqazinfo” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Putinə 54.4 milyon vətəndaş səs verib. Bu da 2004-cü ildəkindən 5.1 milyon çoxdur. 

Dövlət başçısı qələbə münasibəti ilə seçicilərinə təşəkkür edərək və komandasının layiqli bir nəticə göstərdiyini bildirib.

Qeyd edək ki, seçkilərin nəticələrinə görə ikinci yerdə qərarlaşan Kommunist Partiyasının namizədi Pavel Grudin 11,79%,  üçüncü yerdə olan Rusiyanın Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovski isə 5,66% səs toplaya bilib.

Ülviyyə