Putin Medvedevə nazirlə bağlı qəribə tapşırıq verdi

putin-medvedeve-nazirle-bagli-qeribe-tapsiriq-verdi
Oxunma sayı: 639

Rusiya prezidenti Vladimir Putin baş nazir Dmitri Medvedevə zarafatyana mədəniyyət naziri Vladimir Medinski ilə təhsillə bağlı müzakirə aparmağı tapşırıb.

“Qafqazinfo”nun “Tass.ru”ya istinadən verdiyi məlumata görə, Medinski prezidentin iştirakı ilə hökumət  üzvləri ilə keçirilən görüşdə kəndlərdəki mədəniyyət evlərinin necə olmalı olduğunu izah edib.

“Bizə elə gəlir ki, kənddəki mədəniyyət evlərində ailəvi şəkildə istirahət etmək lazımdır. Bu, televizorun olduğu böyük zal olmalıdır, harda ki, kişilər toplaşıb hokkey oyunlarını izləsinlər”, - deyə nazir təklif edib. 

Putin Medinskinin son ifadəsindən çox təəccüblənərək “Bəs niyə ancaq kişilərlə, birlikdə maraqlıdır ki?” sualını ünvanlayıb və daha sonra baş nazirə çönərək təbəssümlə əlavə edib: “Dmitri Anatolyeviç, təhsil müzakirəsi aparın”.

Mədəniyyət naziri isə bildirib ki, qurumda qadınların rəfiqələri ilə birlikdə söhbətləşmələri üçün kitabxana,eləcə də uşaqlar üçün gimnastika zalı yaradılıb.