Putin məktəblərdə dəftərlərdən imtinaya çağırdı

putin-mekteblerde-defterlerden-imtinaya-cagirdi
Oxunma sayı: 2241

Rusiya prezidenti Vladimir Putin məktəblərdə dəftərlərdən istifadəni  azaltmağa çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında yazılıb. Rusiyalı lider məktəblərdə yeni texnologiyalar əsasında “Rəqəmsal təhsil vasitələri” layihəsi çərçivəsində tədricən məktəblərin sadə dəftərlərdən istifadəni ləğv etməli olduğunu bildirib.

Bildirilir ki, bu layihə çərçivəsində ölkənin 25% təhsil müəssisəsi 2024-cü ildə yeni texnologiyalara keçməli,  vahid rəqəmsal təhsil sistemi yaradılmalıdır. Bütün məktəblərdə isə İnternet xidməti olmalıdır.