Putin Merkellə görüşdü

putin-merkelle-gorusdu
Oxunma sayı: 4072

Rusiya Prezidenti Vladimir Putin ilə Almaniya Kansleri Angela Merkel arasında görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, 3 saata yaxın davam edən görüşdə ikitərəfli və regional məsələlər müzakirə olunub.

Həmçinin Suriya məsələsi, Ukrayna böhranının həlli yolları, “Şimal axını-2” layihəsi, İranın nüvə proqramı üzrə saziş ətrafındakı vəziyyət barədə də fikir mübadiləsi aparılıb.