Putin Merkellə Ukraynadakı vəziyyəti müzakirə etdi

putin-merkelle-ukraynadaki-veziyyeti-muzakire-etdi
Oxunma sayı: 911


“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti məlumat verir.

Putin həmin söhbət zamanı diqqəti ona yönəldib ki, Krım əhalisinin iradəsi BMT nizamnaməsinə əsasən, beynəlxalq hüquq normalarına tam uyğun olaraq keçirilir. Rusiya prezidenti həmçinin vurğulayıb ki, Rusiya Krım sakinlərinin seçiminə hörmətlə yanaşacaq.

"Rusiya prezidenti Kiyev hökumətinin səhlənkarlığı üzündən Ukraynanın şərq və cənub-şərq bölgələrində radikal qruplaşmalar tərəfindən gərginliyin yaratması ilə əlaqədar yenidən narahatlığını bildirib", - Kremlin mətbuat xidməti xəbər verir.

Bundan başqa, Putin Merkel ilə vəziyyətin monitorinqi üçün Ukraynaya ATƏT-in miqyaslı missiyasının göndərilməsinin mümkünlüyünü müzakirə edib.

Həmçinin Almaniya kansleri Soçidə Paralimpiya oyunlarının uğurlu keçirilməsi ilə əlaqədar Putini təbrik edib.