Putin məxfi görüş keçirdi

putin-mexfi-gorus-kecirdi
Oxunma sayı: 647

Rusiya prezidenti Vladimir Putinin sözçüsü deyib ki, sənəd aktyora prezidentlə Rusiyada keçirilən məxfi görüş zamanı verilib, lakin cənab Putinin pasportu ona şəxsən ötürmədiyini əlavə edib.

Depardieu və Putinin Qara dəniz sahilində yerləşən Soçi şəhərində nahar etməsi lentə alınıb.

Aktyor həmçinin sərt şəraitli, mərkəzi Rusiya regionu olan Mordoviyaya dəvət olunub və prezident Putinlə nahar edəndən sonra ertəsi gün cənab Depardieu qarla örtülmüş regionda yerli rəsmilər tərəfindən qarşılandı.

Onun Mordoviyada yaşamasına icazə verilməsi gözlənilir. Region sərt iqlimi və Stalin dövründən qalmış həbsxana düşərgələri ilə tanınır.
Cümə axşamı cənab Depardieu-a Klikləyin Rusiya vətəndaşlığını alıb. Cavab olaraq aktyor "Mən sizin ölkənizi sevirəm, Rusiya - sizin xalqınızı, sizin tarixinizi, sizin yazıçılarınızı. Mən sizin mədəniyyətinizi, sizin intellektinizi sevirəm" sözləri ilə Rusiyaya açıq məktub yazıb.
O, Fransa hökümətinin illik gəliri bir milyon avrodan çox olanlara gəlir vergisini 75 faizə qaldırmaq qərarına hirslənib./BBCAzərbaycanca/