Putin onun da qəlbini qazandı

putin-onun-da-qelbini-qazandi
Oxunma sayı: 645

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, məşhur sənətçi bu barədə açıq məktub yazıb. O deyib ki, heyvan məzarlığına çevrilən Fransadan qaçmağa və Rusiya vətəndaşlığı almağa hazırdır.

Qeyd edək ki, 2011-ci ildə V. Putin baş nazir olarkən ölkədə suiti balalarının ovlanmasını qadağan etdikdən sonra B. Bardo ona təşəkkür məktubu göndərib. B. Bardo bəyan edib ki, Putin bu hərəkəti ilə onun qəlbini qazanıb.

Xatırladaq ki, yanvarın 3-də V. Putin məşhur fransız aktyoru Jerar Depardyeyə Rusiya vətəndaşlığı verilməsi haqda fərman imzalayıb.