Putin-Paşinyan görüşü təsdiqləndi

putin-pasinyan-gorusu-tesdiqlendi
Oxunma sayı: 1037

Rusiya prezidentli Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 8-də Moskvada görüşəcəklər.

“Qafqazinfo” “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib. Putinlə Paşinyanın bu görüşü Ermənistanda hakimiyyət dəyişikliyindən sonra sayca üçüncüdür.

Bundan əvvəl onlar mayın 14-də Soçidə, iyunun 13-də Futbol üzrə Dünya Çempionatının açılışında görüşüblər.