Putin Paşinyanı niyə təbrik etmədi? - Zaxarovadan qəribə cavab

putin-pasinyani-niye-tebrik-etmedi
Oxunma sayı: 4045

Rusiyanın xarici işlər nazirinin rəsmi nümayəndəsi Mariya Zaxarova prezident Vladimir Putinin növbədənkənar parlament seçkilərində qələbə qazanmış Nikol Paşinyanı təbrik etməməsinə münasibət bildirib.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, Zaxarova erməni jurnalistin “Putin Paşinyanı niyə təbrik etmədi” sualını belə cavablandırıb: “Mənə elə gəlir ki, bu bir kişiyə səni sevib-sevmədiyini soruşmağa bənzəyir. Halbuki o, bunu dəfələrlə deyib”. 

Jurnalistin yenidən ünvanladığı “təbrik olacaqmı” sualına Zaxarova “ Mən artıq cavabı verdim” söyləyib. 

Qeyd edək ki, Nikol Paşinyanı Putinlə yanaşı, Belarus, Qazaxıstan və Qırğızıstan prezidentləri təbrik etməyib.