Putin Paşinyanı təbrik etdi

putin-pasinyani-tebrik-etdi
Oxunma sayı: 3368

Rusiya prezidenti Vladimir Putin Nikol Paşinyanı Ermənistanın baş naziri seçilməsi münasibətilə təbrik edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Kreml rəhbəri Paşinyana təbrik məktubunda bundan sonra da ölkələri arasında münasibətlərin ikitərəfli dostluq və əməkdaşlıq şəraitində davam edəcəyinə ümid etdiyini bildirib. 

Qeyd edək ki, müxalif lider Nikol Paşinyan bu gün Ermənistan parlamentində keçirilən səsvermə nəticəsində baş nazir seçilib. 

Nuranə