Putin Paşinyanla görüşdən imtina etdi

putin-pasinyanla-gorusden-imtina-etdi
Oxunma sayı: 2817

“Rusiya Prezidenti Vladimir Putin görünür ki, bir neçə saatlıq Ermənistana gələcək. O, Yerevanda qalmayacaq, Avrasiya İttifaqı çərçivəsində görüşlərdə iştirak edib, qayıdacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Yerevanda nəşr olunan “168 Jam” qəzeti şəxsi mənbələrinə istinadən məlumat yayıb.

Nəşr yazır ki, Putin hətta, liderlərin şərəfinə verilən şam yeməyində də iştirak etməyəcək.

Qeyd olunur ki, Ermənistan tərəfi ikitərəfli görüş istəsə də, lakin hazırda Rusiya tərəfi Baş Nazir Nikol Paşinyanın bu tələbini rədd edib.