Putin Ruslan Bayramova orden verdi

putin-ruslan-bayramova-orden-verdi
Oxunma sayı: 4850

Rusiyanın Kaluqa şəhərində “Etnomir” layihəsinin rəhbəri, “Mədəniyyətlərin dialoqu – vahid dünya” beynəlxalq xeyriyyə fondunun prezidenti Ruslan Bayramov Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə ikinci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə hökumətin rəsmi saytında bildirilib. Bayramov bu mükafata Rusiyanın mədəni və tarixi irsinin qorunmasıvə təbliğatı sahəsindəki fəaliyyətinə görə layiq görülüb.

Qeyd edək ki, Ruslan Bayramov Azərbaycanın Gədəbəy rayonunda anadan olub. 1992-ci ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. 1999-cu ildə “Sofiya” - veteranlara, əlillərə və çoxuşaqlı ailələrə yardım fondunu təsis edib.

2007-ci ildə “Mədəniyyətlərin dialoqu – vahid dünya” fondu çərçivəsində YUNESKO-nun himayəsi ilə “Etnomir” etnoqrafik mədəniyyət parkını qurub. Bayramovun sözlərinə görə, “Etnomir”in başlıca məqsədi öz köklərini xatırlamaq və digər mədəniyyətləri öyrənməkdir.