Putin sabah Bakıya gəlir

putin-sabah-bakiya-gelir
Oxunma sayı: 3451

Rusiya prezidenti Vladimir Putin sabah səhər Azərbaycanda səfərdə olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov məlumat verib. Putin Bakıda keçiriləcək Rusiya-Azərbaycan regionlararası forumunda iştirak edəcək. Prezident İlham Əliyevlə Putin region liderləri ilə söhbət edəcək, forumda çıxış edəcəklər.

Putin, eyni zamanda cüdo üzrə Dünya Çempionatı çərçivəsində bəzi yarışları izləyəcək.