Putin Sarkisyanla Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib

putin-sarkisyanla-qarabag-munaqisesinin-nizamlanmasini-muzakire-edib
Oxunma sayı: 1834


“Qafqazinfo”nun Trend-ə istinadən verdiyi məlumata görə, prezidentlər telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini və bu istiqamətdə atılan addımları müzakirə ediblər.

ATƏT-in Minsk qrupunda həmsədr qismində Rusiyanın fəaliyyətini yüksək qiymətləndirən S.Sarkisyan həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəldilmiş birgə səylərinin vacibliyini vurğulayıb. O, Ermənistanın münaqişənin nizamlanması üzrə ATƏT-in Minsk qrupu ilə birgə işləməyə davam etməyə hazır olduğunu təsdiq edib.

Tərəflər, həmçinin Krımdakı vəziyyəti və Ermənistanın Gömrük İttifaqına qoşulması məsələlərini müzakirə ediblər.

Telefon danışığı S.Sarkisyanın təşəbbüsü ilə baş tutub.