Putin Şimali Koreya prezidentinə fincan dəsti hədiyyə etdi - Fotolar

putin-simali-koreya-prezidentine-fincan-desti-hediyye-etdi
Oxunma sayı: 3268

Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina qiymətli fincan dəsti hədiyyə edib.

“Qafqazinfo”nun “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, KXDR rəhbəri isə Putinə qılınc təqdim edib. 

Qeyd edək ki, bu gün liderlər arasında Vladivostokda təxminən 2 saat davam edən görüşdə nüvə silahsızlanma məsələsi və Koreya yarımadasındakı vəziyyət müzakirə edilib. 

Danışıqlar Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.