Putin Soçi iqamətgahında Merkellə görüşüb

Putin Soçi iqamətgahında Merkellə görüşüb
Oxunma sayı: 482

Rusiya prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkel arasında görüş başlayıb.

“Qafqazinfo” xəbər verir ki, Putin alman nümayəndə heyətini Soçidəki iqamətgahında qarşılayıb. 

Putin görüş zamanı daha ciddi məsələlər olan Ukrayna və Suriyanı müzakirə etmək niyyətində olduğunu ifadə edib:

“Biz bu səfərdən istifadə edərək ikitərəfli əlaqələr, ən problemli məntəqələr olan Ukrayna, Suriyanı, bəlkə də başqa hansısa regionları müzakirə etməyə bilmərik”. 

Almaniya kansleri isə Rusiya prezidenti ilə, həmçinin Liviyadakı situasiyanı müzakirə etmək niyyətində olduğunu qeyd edib. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi