Putin Soçidə Pompeo ilə görüşüb - Qonağı 3 saat gözlədib

Putin Soçidə Pompeo ilə görüşüb
Oxunma sayı: 1426

Soçidə Rusiya prezidenti Vladimir Putinlə ABŞ dövlət katibi Mayk Pompeo arasında görüş başlayıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, danışıqlar Putinin Soçidəki iqamətgahında baş tutur. 

Görüşdə, eyni zamanda Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin, Xarici İşlər naziri Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov iştirak edir. 

***

Rusiya KİV-in yazdığına görə, Vladimir Putin Donald Trampın tapşırığı ilə Rusiya-Amerika dialoqunu bərpa etməsi üçün göndərilən ABŞ dövlət katibini gözləməyə vadar edib. Soçidəki görüş razılaşdırılmış vaxtdan 3 saat sonra başlayıb. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi