Putin soyuqdəyməyə görə ictimai yerlərə çıxmır

putin-soyuqdeymeye-gore-ictimai-yerlere-cixmir
Oxunma sayı: 1349

Rusiya prezidenti Vladimir Putin soyuqdəymə ilə əlaqədar ictimai yerlərdə iştirakını mümkün qədər azaltmağa çalışır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitriy Peskov məlumat verib. 

Onun sözlərinə görə, dövlət başçısı bu gün Novo Oqaryov iqamətgahında işləyir. Prezident bir çox görüşlərini, həmçinin beynəxalq telefon danışıqlarını da oraya təyin edib. 

Peskov qeyd edib ki, prezident Putin daha əvvəl xalq təsərrüfatının nailiyyətləri sərgisinə qatılmağı planlaşdırsa da, soyuqdəymə ilə əlaqədar ictimai yerlərdə görünməsinə məhdudiyyətlər qoyub.