Putin Türkiyəyə gedir

putin-turkiyeye-gedir
Oxunma sayı: 1576

Rusiya prezidenti Vladimir Putin Türkiyədə səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə prezident Putinin köməkçisi Yuri Uşakov məlumat verib. Onun sözlərinə görə, Rusiya dövlət başçısı noyabrın 19-da “Türk axını” layihəsinin başa çatması ilə bağlı təşkil ediləcək mərasimdə iştirak etmək üçün İstanbulda səfərdə olacaq. 

Putin səfər çərçivəsində həmkarı Rəcəb Tayyip Ərdoğanla görüşəcək. 

Qeyd edək ki,  “Türk axını” boru kəməri Rusiya təbii qazının Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. Qaz nəqli 2020-ci ildə həyata keçiriləcək. Layihənin ümumi dəyəri 11,4 milyard avro həcmində qiymətləndirilir.