Putin uğursuzluqlarını etiraf etdi

putin-ugursuzluqlarini-etiraf-etdi
Oxunma sayı: 635

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) verdiyi məlumatlarda 80,01 % sayılan bülletenlərdə Baş nazir Vladimir Putinin başçılıq etdiyi iqtidar partiyası “Yedinaya Rosiyya” səslərin 50.08 %-ni qazandığı bildirilir.

Səslərin əksəriyyətini qazandıqlarına baxmayaraq, Vladimir Putin nəticəni “uğursuzluq” kimi qiymətləndirib. Qeyd edək ki, bundan əvvəlki parlament seçkilərində Putinin partiyası Dövlət Dumasındakı 450 deputat yerinin 315-ni qazanmışdı.

MSK-nın verdiyi məlumatalara görə, Kommunist Partiyası 19.23 %, ““Spravedlivaya Rossiya” Partiyası 12.9 %, RLDP 11.74 % səs qazanıb. “Yabloko” isə səslərin 2.94 %-ni toplaya bilib.